Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məşhur müğənni həbsi haqqında ilk dəfə DANIŞDI

Bir müddət əvvəl qonşusuna qarşı zorakılıq tətbiq etdiyi üçün həbs olunan müğənni Halil Sezai azadlığa buraxılıb.
RegionTV.info
"Axşam.az"-a istinadən bildirir ki, proqramlardan birinə qonaq olan Sezai həbsi haqqında açıqlamalar verib.
"45 gün həbs yatdım. Heç kim yanıma gəlmədi. "Niyə belə oldu?" deyə, soruşmadılar. İnsanlar məni canlandırdığım obrazlardan dolayı içki düşkünü zənn edir. Lakin elə deyil. "Süddən çıxan ağ qaşığam" desəm, bu da yalan olar. Normalda özümə nifrət edirəm, amma bir insanı bu qədər də tapdalamaq düzgün deyil. Baş verənlərə görə çox pis oluram. Amma mən heçkimi öldürmədim. Bu hadisələrə görə "kaş olmasaydı" dediyim vaxtlar da olur. O şəxsi mən 80 yaşlı dayı gözündə görmədim. Onun mənə qarşı etdiklərinə 6 ay dözə bildim" deyə, Sezai bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də