
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hadisə yerinə gəlib.
RegionTV.info-nun "Report"-a istinadən xəbərinə görə Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb.
Ətrafda yaşayan insanlar təxliyə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.
Dağıntılar altında "Mersedes” markalı avtomobilin qaldığı bildirilib.
Əlavə məlumat veriləcək.