Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İcra Hakimiyyətinin sabiq şöbə müdirinin həbs müddəti uzadıldı

İcra Hakimiyyətinin sabiq şöbə müdirinin həbs müddəti uzadıldı
Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının Təsərrüfatı şöbəsinin sabiq müdiri Qafar Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbiri mayın 30-dək uzadılıb.

Bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, Qafar Abdullayev 2025-ci ilin noyabr ayında Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də