Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avtomobil gölə düşdü - 8 turist öldü

Avtomobil gölə düşdü - 8 turist öldü
Rusiyada Xoboy burnu ərazisində çinli turistlərin olduğu “UAZ” markalı avtomobil buzun altına düşüb.

hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi (SKR) məlumat yayıb. 

Qurumun məlumatına görə, avtomobildə ümumilikdə 9 nəfər olub. Onlardan biri xilas edilib. Digər sərnişinlərin və sürücünün yeri müəyyənləşdirilir. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib ki, ilkin məlumata əsasən, sərnişinlər həlak olublar. Hadisə barədə Çin Xalq Respublikasının İrkutskdakı Baş Konsulluğuna məlumat verilib.

Hadisə yerinə polis əməkdaşları və digər təcili xidmət qurumları cəlb olunub. O cümlədən, Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baykal axtarış-xilasetmə dəstəsinin mütəxəssisləri əraziyə göndərilib.

Regional prokurorluq tərəfindən araşdırmalara başlanılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də