Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

5 deputata yeni vəzifə verilir - ADLAR

5 deputata yeni vəzifə verilir - ADLAR

Milli Məclisdə daha 4 parlamentlərarası əlaqələr üzrə İşçi qrupları formalaşdırılır.

Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılan müvafiq dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı parlamentlərarası İşçi Qruplarının formalaşdırılması təklif edilir:

Azərbaycan-Keniya parlamentlərarası İşçi Qrupu – Namazov Ramid Zakir oğlu;

Azərbaycan-Qambiya parlamentlərarası İşçi Qrupu - Qurbanov Eyvaz Daşdəmir oğlu;

Azərbaycan- Laos parlamentlərarası İşçi Qrupu – Paşayeva Gülşən Məmmədəli qızı;

Azərbaycan – Maldiv parlamentlərarası İşçi Qrupu – Allahverənov Azər Kərim oğlu;

Azərbaycan – Nepal parlamentlərarası İşçi Qrupunda isə sədr postuna dəyişiklik edib. Belə ki, bundan sonra İşçi Qrupa  Ramil Həsəninin yerinə Vasif Qafarov sədrlik edəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də