Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda federasiyanın adı dəyişdirilir

Azərbaycanda federasiyanın adı dəyişdirilir

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası fəaliyyət istiqamətlərini genişləndirir.

Bununla bağlı federasiyanın ümumi yığıncağında müvafiq qərar qəbul olunub.

Bu addım ölkəmizdə su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyi artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıyır. Eyni zamanda populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri cəlb etmək əsas prioritetdir.

Müvafiq olaraq federasiyanın adı dəyişdirilərək Azərbaycan Su İdmanı növləri Federasiyası (Azerbaijan Water Sports Federation) adlandırılacaq.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də