Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nə yol xətləri görünür, nə məntəqənin adı, nə də lövhə - Deputat

Nə yol xətləri görünür, nə məntəqənin adı, nə də lövhə - Deputat

Yollarda nişanlama və yol nişanları məsələsi bizdə çox vaxt təzə asfalt çəkildisə qoyulur. O da əslində çox qısqanclıqla. Rayonlara, kəndlərə gedən yollarda nə yol xətləri görünür, məntəqəsinin adı var, nə də istiqamət göstərən lövhə. Sürücü yolu soruşa-soruşa gedir. Turist isə azır.

Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.

"Xaricdə hamımız olmuşuq. Orada xəritə açmadan belə, yoldakı işarələrlə rahat hərəkət etməm mümkündür. Hansı yoldan dönməli olduğunu, neçə kilometrdən sonra hansı məntəqəyə çatacağını lövhələr deyir. Yolları yol işarələri və məntəqə adları bəzəyir. Qətiyyən nə GPS lazımdır, nə də xəritə. Bizdə isə çox vaxt sürücü son anda dönməli olduğu yolu görmür, çünki nişan, ad yoxdur. 
Lövhənin olmaması sürücüyə vaxt itirir, qəzaya səbəb ola bilir, turistin ölkə haqqında təəssüratını korlayır".

Deputat mövzu ilə bağlı təkliflərini də səsləndirib.
"Birincisi, yalnız yeni yollar yox, köhnə yollar üzrə də lazımi infrastruktur proqramı təcili həyata keçirilsin.
İkincisi, bütün yaşayış məntəqələrinin giriş-çıxışlarında ad lövhələri məcburi standart kimi qoyulsun.
Üçüncüsü, turist marşrutları üzrə yol nişanları ayrıca, beynəlxalq standartlara uyğun və aydın formada olsun.
Sürücü yolda çaşmamalıdır. Turist azmamalıdır. Vətəndaş öz ölkəsində yolunu soruşmaq məcburiyyətində qalmamalıdır. Yol nişanları lüks deyil, təhlükəsizlik və mədəniyyət göstəricisidir. 
İkinci məsələ, son dövrlər yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi və bal sisteminin tətbiqi cəmiyyətdə ciddi narazılıq yaradıb. Qaydalara qarşı deyiləm. Qayda olmalıdır, intizam olmalıdır. Amma sual budur: biz problemi doğrudanmı həll edirik, yoxsa sadəcə, vətəndaşı sıxışdırırıq?
Bir neçə ayın içində 20 bal yığılıb sürücülük vəsiqəsi əlindən alınan minlərlə insan var. Bu adamların alternativi yoxdur. İctimai nəqliyyat hər yerdə əlçatan deyil, regionlarda isə sürücülük bəzən ailənin dolanışığı deməkdir. İnsanlara alternativ və seçim imkanı yaratmadan cərimə ilə yükləmək ədalətli deyil.
Əgər məqsəd təhlükəsizlikdirsə, onda yol nişanları, yol xətləri, işıqlandırma, piyada keçidləri, ağıllı nəzarət sistemlərini inkişaf etdirməliyik. 
Təklif edirəm: cərimə siyasəti paralel olaraq real infrastruktur islahatları ilə müşayiət olunsun. Əks halda, bu yanaşma yol təhlükəsizliyini artırmayacaq, sadəcə, tətbiq olunan cərimələr və inzibati cəzalar  cəmiyyətdə narazılığı dərinləşdirəcək", o deyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də