Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ayətullah Sistanidən Ramazanın başlanma vaxtı ilə bağlı açıqlama

Ayətullah Sistanidən Ramazanın başlanma vaxtı ilə bağlı açıqlama

Mərcəyi-təqlid Ayətullah Seyid Əli Sistaninin İraqdakı dəftərxanası 19 fevral cümə axşamı gününün Ramazan ayının ilk günü olduğunu bəyan edib.

 Ayətullah Sistaninin dəftərxanası 18 fevralın Ramazan ayının ilk günü olduğu iddiası ilə razılaşmayıb.

Türkiyə, Azərbaycan və İranla yanaşı, Oman, İndoneziya, Misir, İordaniya, Suriya, Malayziya, Sinqapur, Avstraliya, Yaponiya və Bruney də cümə axşamını - 19 fevralı Ramazan ayının başlanğıcı kimi tanıyıb.

Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən, Fələstin, Bəhreyn, Küveyt və Livan isə 18 fevral tarixinin Ramazan ayının ilk günü olduğunu elan edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də