Bu gün Bakıda marşrut avtobusunda sərnişin ölüb.
Hadisə səhər saatlarında qeydə alınıb.
Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindən keçən avtobusda sərnişin olan 60-65 yaşlı kişi özünü pis hiss edib və oturduğu yerdə qəfildən keçinib.
Əraziyə təcili yardım briqadası və prokurorluq əməkdaşları cəlb edilib. (News24.az)


