Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xırdalandakı partlayışın QORXUNC DETALLARI AÇIQLANDI: "Partlayıcı maddələrdən..."-VİDEO

RegionTV.info 
Xəbər verdiyimz kimi, bir neçə gün öncə Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda 33 yaşlı Aytən Musayeva və onun qızı dünyasını dəyişib.
Onun digər ailə üzvləri - əri Vüsal Musayev və 12 yaşlı oğlu Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Dağıntılar altından 6 nəfər çıxarılıb.

Partlayışla bağlı ATV- də yayımlanan "Bizimləsən" verilişində bir neçə məqama aydınlıq gətirilib. Verilişin aparıcısı zaur Baxşəliyev və ekspertlərlə birgə hadisədən danışarkən "Xırdalanda olan fəlakəti təbii hadisə adlandıra bilmərik. Dağıntının həcminə baxanda nə qədər ağır beton hissələrin aşdığını görürük. Çox güclü partlayış olub. Sosial şəbəkələrdən əldə etdiyimiz məlumata əsasən ailə evdə deyilmiş. Onlar evə gələndən sonra işığı yandırıblar, bir neçə dəqiqədən sonra sözügedən hadisə baş verib. Biz bilirik ki, evə qazsızması olubsa, partlayış tez bir zamanda olmalıdır. Çox güman ki, bu hadisə böyük qaz borusunun partlaması nəticəsində baş verib. Yeraltı qazsızmaları da ola bilər" deyərək münasibət bildirib.
Daha sonra ATV- nin xüsusi müxbiri hadisə yerindən olanları şərh etmək üçün canlı efirə dəvət edilib. Müxbir beşmərtəbəli binanın qarşısında tikilən 3 fərdi yaşayış evinin olduğunu bildirib. Həmin tikilən evlərin sırasında vaxtilə beşmərtəbəli binanın 7 il əvvəl yeməkxanasının olduğu deyilib. Həmin yerlərin özəlləşdirib, daha sonra hər üç evin özünə ikimərtəbəli yaşayış üçün fərdi ev tikdiyi bildirilib. Sənədlə həmin evlər özəlləşmiş evlər sayılır. Hadisə yerindən səbəb kimi yalnız qazsızma ehtimalının olduğu bildirlirib. Deyilənlərdə həmçinin belə bir fikir də var idi ki, ailə kustar üsulla partlayıcı maddələrdən nəsə hazırlayırmış. Ehtimala görə həmin partlayış hətta beşmərtəbəli binaya da ciddi ziyan vura bilərmiş. Həmin maddənin isə içki ilə bağlı olduğu deyilir.

BiG.Az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də