Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir ölkə Rusiyadan təzminat istəyir

Daha bir ölkə Rusiyadan təzminat istəyir

Polşa Rusiyaya qarşı İkinci Dünya Müharibəsi üçün təzminat tələb edən məhkəmə iddiası hazırlayır.

Yan Karski adına Müharibə İtkilərinin Qiymətləndirilməsi İnstitutunun direktoru Bartoş Qondek Financial Times qəzetinə verdiyi açıqlamada deyib.

Polşa Baş naziri Donald Tusk instituta bu məqsədlər üçün Rusiya ilə bağlı araşdırma aparmağı tapşırıb. Qondekin sözlərinə görə, hazırda Moskvadan tələb olunan təzminat məbləğini müzakirə etmək "tezdir"; İkinci Dünya Müharibəsi və sonrakı onilliklər hadisələrinin qiymətləndirilməsi "uzunmüddətli layihədir".

Polşa məhkəmə iddiası ilə bağlı şərh verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RBC-yə deyib: "Təzminat olaraq, "İvan Susanin" operasının videosuna keçid verə bilərik", - deyə cavab verib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də