
ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada iştirakını artırır.
Bu barədə "Townhall" Xarici Siyasət Tədqiqatları İnstitutunun (FPRI) baş elmi işçisi Stiven Blankın məqalə dərc edib.
Müəllif vurğulayır ki, ABŞ vitse-prezidenti Vensin Cənubi Qafqaza səfəri və Vaşinqtonda keçirilən C5+1 sammiti ABŞ-ın Rusiya və Çinlə uzunmüddətli mövcudluq və rəqabətə doğru strateji kursunu təsdiqləyir.
Bakıda Vens və Azərbaycan Prezidenti İlham Əliyev Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar. Sənəd Orta Dəhlizin və TRIPP-nin inkişafı, enerji, rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı əhatə edir. ABŞ həmçinin Xəzər dənizinin təhlükəsizliyi üçün Azərbaycana katerlər köçürəcək.
Ermənistan mülki nüvə enerjisi ilə bağlı 9 milyard dollarlıq müqavilə, kəşfiyyat dronlarının alınmasına dair 11 milyon dollarlıq müqavilə imzalanıb və genişləndirilmiş texnoloji əməkdaşlıq elan edilib. ABŞ-ın vasitəçiliyi ilə Bakı ilə Yerevan arasında əldə edilən sülh müqavilələrində irəliləyişlər əldə edilir.
Blank Konqresi Azərbaycana yardımı məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci maddəsini, eləcə də Orta Asiya ölkələri ilə ticarətə mane olan 1974-cü il Cekson-Venik Düzəlişini ləğv etməyə çağırır. O, bunun ABŞ-ın Avrasiyada mövqeyinin möhkəmlənməsinə yol açacağına inanır.


