ABŞ-ın Avropa müttəfiqlərinə təhvil verdiyi F-35 qırıcı təyyarələrinin ümumi sayı tezliklə 600-ə çatacaq.
Bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Münhen Təhlükəsizlik Konfransında deyib:
"Düşünürəm ki, yaxın gələcəkdə Avropada müttəfiqlərimizə məxsus 600 F-35 olacaq. Və buna görə də, bilirsiniz, düşünmürəm ki, hazırda Prezident Donald Trampın F-35-ləri çatdırmaqdan imtina etməsi riski var; onları almamaqla hədələyənlər müttəfiqlərimizdir".


