Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycana gələn küveytlilərin sayı artıb

Azərbaycana gələn küveytlilərin sayı artıb

Küveytdən Azərbaycana turist axını artır.

Bunu Küveyt səfiri Abdullah Mohamed Abdullah Almauidi, Küveytin milli bayramı - Dövlət müstəqilliyinin 65-ci, azadlıq bayramının isə 35-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Hər il Küveytdən Azərbaycana gələn turistlərin sayı 30-min nəfəri ötür. Hazırda ölkələrimiz arasında həftədə 4 aviareys həyata keçirilir” -səfir deyib.

Səfir əlavə olaraq qeyd edib ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında aktiv şəkildə iştirak edəcəklər:

“Bu mühüm tədbirin burada keçirilməsi Azərbaycanın regional və beynəlxalq müstəvidə özünəməxsus yeri və rolunun olduğunu göstərir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də