"Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov həbs edilib. RegionTV.info-nun "Unikal.org"-a istinadən əldə etdiyi məlumata görə, bir müddət əvvəl Rasim Məmmədovun rəhbəri olduğu "Baku Steel Company”də yoxlamalara başlanıb. Aparılan yoxlama nəticəsində qanunsuzluqlar aşkar edilib və R. Məmmədov həbs olunub.