Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qazaxıstanda Prezident təkrar seçilə bilməyəcək

Qazaxıstanda Prezident təkrar seçilə bilməyəcək

Qazaxıstan Prezidenti təkrar seçilmək imkanı olmadan 7 illik bir müddətə seçiləcək.

Bu barədə "Kazakhstanskaya Pravda" qəzetində dərc olunmuş Respublika Konstitusiya layihəsində bildirilib.

Konstitusiya layihəsində deyilir: "Qazaxıstan Respublikasının Prezidenti konstitusiya qanununa uyğun olaraq Qazaxıstan Respublikasının yetkin vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə 7 illik müddətə seçilir".

Konstitusiya layihəsində təkrar seçilmə ehtimalının nəzərdə tutulmadığı vurğulanır.

Yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı ümumxalq referendumu 15 martda keçiriləcək. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-də yeni Konstitusiya ilə bağlı respublika referendumu keçirilməsi haqqında Fərman imzalayıb. Referendumda seçicilərə bir sual veriləcək: yeni sənədi qəbul edib-etmədikləri barədə. Təsdiqlənərsə, yeni sənəd 1 iyulda qüvvəyə minəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də