Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dəhşətli məktəb qətliamı: 9 ölü, 27 yaralı

Kanadada baş verən silahlı hücum ölkəni sarsıdıb.

 18 yaşlı Cessi van Rutselaarın törətdiyi hücum nəticəsində son dəqiqləşdirilmiş məlumata görə 9 nəfər həlak olub, 27 nəfər yaralanıb.

Mediada yayılan məlumatlara əsasən, hücum edən şəxs təxminən 6 il əvvəl cinsiyyət keçidi prosesinə başladığı bildirilən yeniyetmə olub. Rəsmi qurumlar isə bu məsələ ilə bağlı əlavə şərh verməyib.

Qurbanlar arasında hücumçunun anası və ögey qardaşı da var – onların meyitləri yaşadıqları evdə tapılıb. Bundan başqa, 12–13 yaşlı 5 məktəbli və bir müəllim öldürülüb. Hücum edən şəxs daha sonra intihar edib.

Polis hadisənin motivlərini hələ də açıqlamayıb. Bildirilir ki, son illər hüquq-mühafizə orqanları onun yaşadığı ünvana psixoloji problemlərlə bağlı müraciətlər əsasında bir neçə dəfə gəlib. O 4 il əvvəl məktəbi tərk edibmiş.

Kanada mediası bu hadisəni ölkə tarixində ən qanlı hücumlardan biri kimi qiymətləndirir. Qətliam yalnız 1989-cu ildə baş verən "École Polytechnique" faciəsi (14 ölü) və 2020-ci ildə Nova Scotia əyalətində baş vermiş silsilə qətllərdən (22 ölü) sonra üçüncü ən ağır hadisə sayılır.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də