Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu rayon və şəhərlərin pensiyaları artımlarla ÖDƏNİLƏCƏK

Bu rayon və şəhərlərin pensiyaları artımlarla ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq.

Bu barədə nazirlik məlumat yayıb.

Qeyd edilib ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.

Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.

Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də