Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Əminəm ki, sülh sazişinin reallaşması əmin-amanlıq yaradacaq"

"Əminəm ki, sülh sazişinin reallaşması əmin-amanlıq yaradacaq"
"Biz çalışırıq ki, iki ölkə hansı bir toqquşma yenidən başlamasın xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik".

Bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Sülh istiqamətində atılan addımlara toxunan vitse-prezident əlavə edib: "Buna görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür".

Sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən Ceyms Devid Vens bunu Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb. (AZƏRTAC)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də