Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Piyada səkiləri bərpa edilir - FOTOLAR

Piyada səkiləri bərpa edilir - FOTOLAR

İslam Səfərli küçəsinin piyada yönümlü formata keçirilməsi məqsədilə hazırda intensiv işlər aparılır.

Bu barədə Bakı Şəhəri İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bütün küçə boyu mövcud kommunikasiya xəttləri tam yenilənib. İslam Səfərli küçəsi ərazisində abadlıq-quruculuq işləri davam etdirilir, həmin ərazidə piyada zonası yaradılır, küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi yerlər yaradılıb, işıq dirəkləri quraşdırılmasına başlanılıb.

Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri yekunlaşıb. Ayrı-ayrı hissələrdə artıq skamyalar quraşdırılıb, ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. Bu işlər 1 kilometrdan çox ərazini əhatə edir.

Qeyd edək ki, həyata keçirilən bu layihə təkcə şəhər estetikasının yaxşılaşdırılmasına deyil, həm də piyadalar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasına yönəlib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də