Fərman İsmayılovu öldürən dəniz quldurları şirkətə zəng etdi - GÖRÜN NƏLƏR DEDİLƏR
Nigeriya sahillərində 15 türkiyəli dənizçini qaçıran quldurlarla əlaqə baş tutub.
RegionTV.info "Axar.az"-a istinadən xəbər verir ki, dəniz quldurları gəminin məxsus olduğu “Boden dənizçilik” şirkətinə zəng edərək girov götürülənlərin hamısını adlarını söyləyib və onların sağ olduqlarını bildiriblər.
Quldurlarının bu zənginin qeyri-adi hal olmadığı, bir qayda olaraq belə etdikləri bildirilib.
Xatırladaq ki, 23 yanvarda Nigeriya sahillərində üzən Türkiyənin “Boden dənizçilik” şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 2-ci mühəndis Fərman Əli oğlu İsmayılov öldürülüb, 3 nəfər gəmi ilə birgə azad edilib.
Xəbəri paylaş