Yeni həftənin ilk günündə planetlərin düzülüşü Zodiak dairəsində balansları sarsıtmaqda davam edir.
9 fevral 2026-cı il üçün bürc şərhləri xüsusilə ikili münasibətlərdə və maliyyə qərarlarında səbirli olmağın vacibliyinə işarə edir.
Qoç
Hədəflərinizə gedən yolda müəyyən maneələrlə üzləşə bilərsiniz. Ruhdan düşməyin. Başqalarından təsəlli gözləmək əvəzinə daxili gücünüzü möhkəmləndirin. Səbirli olmaq və enerjinizi qorumaq bu gün əsas açardır.
Buğa
Uzun müddətdir qaçdığınız problemlər artıq həll tələb edir. Məsələləri təxirə salmaq vəziyyəti daha da çətinləşdirə bilər. Ən qısa zamanda bu maneələrin üzərinə getməyiniz faydalı olacaq.
Əkizlər
Günü axarına buraxdığınız, daha çevik bir gündəsiniz. Lakin sosial münasibətlərdə yaxınlıq ehtiyacı ilə azadlıq istəyi arasında tarazlıq qurmaq çətin ola bilər. Yanlış anlaşılmalara qarşı diqqətli olun.
Xərçəng
Sevgi həyatınızda və ailə münasibətlərində qayğıkeş və sədaqətli tərəfiniz ön plana çıxır. Ailə bağlarını möhkəmləndirmək üçün münasib gündür. Partnyordan gələcək kiçik bir jest sizi sevindirə bilər.
Şir
Hisslərinlə deyil, iradə ilə hərəkət etməli olduğunuz bir dövrdəsiniz. Həyat tərzinizlə bağlı köklü dəyişikliklər üçün xəbərdarlıq siqnalları ala bilərsiniz. Xüsusilə sağlamlığınıza və əsəblərinizə diqqət edin.
Qız
Günün ilk yarısında gündəlik işlərlə məşğul olarkən bir qədər üsyankar ruh halı yaşaya bilərsiniz. Bu, həyatınızda yenilənməli olan sahələrə işarə edir. Başqalarının həssas mövzularını kiçiltməməyə çalışın.
Tərəzi
Sosial çevrənizdə saxta münasibətlərin üzə çıxdığı bir aydınlanma yaşana bilər. Çoxluq içində tək qalmaq əvəzinə, həqiqətən yanınızda olan insanları seçmək önəmlidir.
Əqrəb
Səyahət, təhsil və ya hüquqi mövzularda sevindirici xəbərlər ala bilərsiniz. Sahib olduqlarınıza fərqli prizmadan baxmaq ruhunuzu zənginləşdirəcək. Qrup şəklində fəaliyyətlər sevgi həyatınıza da müsbət təsir edə bilər.
Oxatan
Maliyyə məsələlərində gözlədiyiniz gəlirlərdə gecikmələr ola bilər. “Dəqiq” hesab etdiyiniz qazanc təxirə düşə bilər. Bunu itki deyil, maliyyə əsaslarını möhkəmləndirmək üçün bir xəbərdarlıq kimi qəbul edin.
Oğlaq
Ailə münasibətlərinin gücləndiyi bir gündür. Planlarınız yaxınlarınız tərəfindən dəstəklənir. Partnyorunuz sizin üçün xüsusi bir sürpriz hazırlaya bilər — anın dadını çıxarın.
Dolça
Texnoloji investisiyalar və böyük alış-verişlər üçün uyğun zaman deyil. “Məni heç kim anlamır” hissi arta bilər. Bu mərhələdə susmaq və müşahidə etmək ən təhlükəsiz seçimdir.
Balıq
Münasibətlərdə göstərdiyiniz fədakarlığın qarşılığını ala bilərsiniz. Xəyallar və reallıq arasında balans qurmağa çalışın. Hobbinizi gəlir mənbəyinə çevirmək istəyə bilərsiniz, lakin hazırda zəmin bir qədər risklidir.


