Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda dəhşət: Azyaşlı ilə intim əlaqədə olan polis tutuldu

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində yetkinlik yaşına çatmayan Bəsti Cahanovaya (ad şərti olaraq qeyd edilmişdir) qarşı polis nəfəri Mirsahib Kazımzadənin seksual xarakterli hərəkətlər etməsi barədə məlumatlar yayılıb.
RegionTV.info "Oxu24.com"-a istinadən xəbər verir ki, Lənkəran rayon prokurorluğundan verilən məlumatda bildirilir ki, 2006-cı il təvəllüdlü Bəsti Cahanovanın, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin 26.08.2020-ci il tarixdə, saat 23 radələrində “Palıdlı sahil” otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış və 07.12.2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə toplanmış sübutlar əsasında 27.01.2021-ci il tarixdə sabiq polis nəfəri Mirsahib Kazımzadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə ibtidai istintaqın qısa müddət ərzində tamamlanaraq məhkəməyə göndərilməsi təmin ediləcəkdir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də