Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Epşteynə görə Bil Qeyts 440 milyard dollar itirdi

 

Son günlər mərhum maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlər ətrafında müzakirələrin yenidən gündəmə gəlməsi fonunda “Microsoft” səhmləri yüksək ticarət həcmi ilə kəskin şəkildə aşağı düşməsinə səbəb olub.

Nəticədə “Microsoft” yüz milyardlarla dollar itirib. Bazar məlumatlarına görə, sessiyanın minimum səviyyələrində “Microsoft”un bazar kapitallaşması 440 milyard dollardan çox azalıb. Analitiklər isə vurğulayırlar ki, bu göstərici real maliyyə itkisini deyil, əsasən səhm qiymətlərindəki kəskin dəyişməni əks etdirir.

Qeyd olunur ki, “Microsoft” və ya şirkət rəhbərliyi ilə bağlı heç bir rəsmi ittiham və hüquqi tədbir elan edilməyib. Bununla belə, analitiklər bildirirlər ki, maliyyə bazarları çox vaxt faktlardan daha çox qavrayış və reputasiya riskinə reaksiya verir. 

Son hadisələr texnologiya sektorunda dəyişkənliyin artdığını və investorların həssas informasiya fonunda sürətlə mövqe dəyişdiyini göstərir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də