
ABŞ və Argentinanın maliyyələşdirməni dayandırması Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ciddi şəkildə personal ixtisarlara getməyə məcbur edib.
Bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ÜST 2026-cı ilin ortalarınadək əməkdaşlarının təxminən 25 faizini ixtisar edəcək.
Təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, qarşıdakı il sərt qənaət tədbirlərinə deyil, təşkilatın fəaliyyətinin bərpasına və yenidən qurulmasına yönələcək.


