Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qiymətli daşlarla bağlı yenilik təsdiq edildi 

Qiymətli daşlarla bağlı yenilik təsdiq edildi 
Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçiriləcək.

Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və "Emal edilməmiş almazların ixracı ilə əlaqədar "Kimberli Sertifikatlaşdırma Prosesinin Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bundan başqa, ölkədə emal edilməmiş almazların idxalı və ixracı yalnız "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə üzv dövlətlərdən həyata keçirilə biləcək.

Layihə səsə qoyularaq qəbul edilib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də