Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hadrutda görüləcək işlərə 8 milyon ayrıldı

Hadrutda görüləcək işlərə 8 milyon ayrıldı

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi tərəfindən Hadrut qəsəbəsinin bərpası çərçivəsində mühüm satınalma elan edilib.

Layihə çərçivəsində Hadrut qəsəbəsinin xarici su təchizatı, tullantı su şəbəkəsi və müvafiq qurğuların tikintisi nəzərdə tutulur.

Sözügedən infrastruktur işlərinin həyata keçirilməsi üçün müəyyən edilmiş ehtimal olunan qiymət 8 776 266,52 azn təşkil edir.

Bu investisiya qəsəbənin dayanıqlı su və kanalizasiya sistemi ilə təmin olunmasında həlledici rol oynayacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də