Koronavirus pandemiyası tədricən geri çəkilir, Rusiyada ölüm halları digər ölkələrə nisbətən qənaətbəxşdir.
RegionTV.info-nun "RT"-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya lideri Vladimir Putin hökumətlə iclası zamanı bildirib.
"Həqiqətən pandemiya tədricən geri çəkilməkdədir. Xəstələrin sayı azalır, sağalanların sayı son vaxtlar yoluxanların sayından daha çoxdur", dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, ümumilikdə ölüm hadisələri baxımından vəziyyət qənaətbəxşdir:
“Digər ölkələrlə müqayisədə bu belədir. Əhalinin 100 min nəfərinə təxminən 12 xəstə insan düşür. Bu, bir çox Avropa ölkəsindən dörd dəfə azdır. Bu barədə danışarkən diqqətinizə çatdırmaq istəyirəm ki, rahatlaşmaq üçün hələ tezdir".
Xəbəri paylaş