Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ata və oğul evə çağırdıqları “Azəriqaz”ın əməkdaşını döyüb?

Ata və oğul evə çağırdıqları “Azəriqaz”ın əməkdaşını döyüb?

Nizami rayonu Keşlə qəsəbəsində “Azəriqaz”ın əməkdaşının abonent tərəfindən döyüldüyü iddia edilir.

təndaş əməkdaşa zəng edərək qaz sərfiyyatının çox olduğunu deyib və məsələni aydınlaşdırmaq üçün mənzilinə gəlməsini tələb edib.

Həmçinin qeyd edilib ki, ünvana çatan kimi ata oğlu ilə birləşib və onu döyüb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası çağırılıb. Əməkdaş təcili yardım tərəfindən xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində baş verən hadisə ilə bağlı şəxslər polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunub, izahatları alınıb:

“Hadisə aidiyyəti qurumun əməkdaşının xidməti fəaliyyəti zamanı yaranan mübahisə zəminində baş verib.

Hazırda müraciət üzrə araşdırma aparılır.

Gözlə görünən xəsarət aşkar edilməsə də, müvafiq qaydada məhkəmə-tibbi ekspertizanın təyin edilməsi nəzərdə tutulur.

Araşdırmanın nəticəsinə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək”. (Qafqazinfo)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də