Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Antalyada sərnişin avtobusu aşdı - 8 ölü, 26 yaralı

Antalyada sərnişin avtobusu aşdı - 8 ölü, 26 yaralı

Türkiyənin Tekirdağ vilayətindən Antalyaya gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

 "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Antalya valisi Hulusi Şahin bildirib.

 "İlkin mlumata görə, avtobus qəzasında səkkiz vətəndaşımız ölüb, 26 nəfər yaralanıb", - vali deyib.

 Qəza bu gün səhər saat 10:30 radələrində Antalya-İsparta magistral yolunda baş verib. Belə ki, sərnişin avtobusu Antalyanın girişində əsas yoldan çıxaraq aşıb və xəndəyə düşüb.

 Əlavə məlumat veriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də