ABŞ İrana endirəcəyi ünvanlı zərbələrin siyahısını hazırlayıb.
Prosesdə rəsmi Vaşinqtona Fransa, Britaniya və İsrail dəstək olub. Bununla yanaşı, adı açıqlanmayan 4 ərəb ölkəsi də İrana zərbə endirmək üçün hədəflərin siyahısını hazırlamaqda yardım edib.
Tramp administrasiyası İranın ali siyasi rəhbərliyini, ballistik raket və nüvə obyektlərini hədəfə alıb. Bundan başqa, Tramp onu şəxsən ölümlə təhdid edən iranlı məmurların da siyahıya əlavə edilməsinə təkid edib.
Hazırda İran ətrafında ABŞ-ın onlarla aviadaşıyıcısı, esminetsi və hərbi təyyarələri toplanıb.


