Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şahhüseyn Hüseynov həbs edildi - Qanunsuz pul köçürürmüş

Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan, beynəlxalq pul köçürmələri və sair qanunsuz maliyyə əməliyyatları ilə məşğul olan Hüseynov Şahüseyn Qurban oğlu həbs edilib.
RegionTV.info
"Pravda.az"-a istinadən xəbər verir ki,  Baş Prokurorluqdan verilən məlumata görə, Şahüseyn Hüseynovun 2017-ci ildən etibarən Bakı şəhəri ərazisində icarəyə götürdüyü ofisdə faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq pul vəsaitlərinin müəyyən faizi məbləğində xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə verilməsi üzrə xidmət göstərilməsindən ibarət sahibkarlıq fəaliyyəti göstərməsinə, xarici dövlətlərdə yaşayan şəxslərlə qabaqcadan əlbir olaraq, ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini xarici dövlətlərə və əksinə istiqamətdə göndərməsinə və bu yolla ümumilikdə xüsusilə külli miqdarda pul vəsaitini gəlir qismində əldə etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Şahüseyn Hüseynovun icarəyə götürdüyü ofisdə, o cümlədən yaşayış və digər aidiyyəti ünvanlarda aparılan axtarışlar zamanı 248 min ABŞ dolları və 1.450 manat məbləğində pul əskinasları, pul vəsaitlərinin köçürülməsinə dair qara mühasibatlıq sənədləri və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar edilərək götürülüb.
Toplanmış ilkin sübutlarla Şahüseyn Hüseynov Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi (xüsusilə külli miqdarda gəlir əldə etməklə törədilən qanunsuz sahibkarlıq) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Şahüseyn Hüseynovun digər qanunsuz hərəkətlərinin aşkar edilməsi, valyuta mübadiləsi ilə bağlı maxinasiyalarda iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və vurulmuş ziyanın tam həcminin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də