
Türkiyədə restoranlarda servis haqqı tələb etmək rəsmi olaraq qadağan edilib.
Türkiyənin Ticarət Nazirliyi tərəfindən hazırlanmış "Qiymət etiket qaydalarında dəyişiklik edilməsi qaydası" rəsmi qəzet - "Resmi Gazete"də dərc olunaraq qüvvəyə minib.
Yeni dəyişikliyə əsasən restoranlar, kafelər, şirniyyat dükanları və qida və içki xidmətləri təklif edən oxşar müəssisələr artıq istehlakçılardan servis, masa, örtük haqqı və s. kimi hər hansı bir ad altında əlavə ödəniş tələb edə bilməzlər.
Qərarda deyilir: "22/5/2003-cü il tarixli 4857 saylı Əmək Qanununun 51-ci maddəsinin müddəalarına əsasən, restoranlarda, kafelərdə, şirniyyat mağazalarında və qida və içki xidmətləri göstərən oxşar müəssisələrdə istehlakçıdan xidmət haqqı, masa haqqı, örtük haqqı və sair kimi heç bir adla əlavə ödəniş tələb edilə bilməz(Mənbə: Haber Globl)


