Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fermada keçən uşaqlıq: Cəlilabadda 4 qardaş məktəb üzü görmür

Fermada keçən uşaqlıq: Cəlilabadda 4 qardaş məktəb üzü görmür

Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan Həsənovlar ailəsinin dörd övladı uzun illərdir təhsildən kənarda qalıb.

Ailənin acınacaqlı maddi vəziyyəti onları illər əvvəl Masallı rayonunda fermada işləməyə məcbur edib.

Bu səbəbdən uşaqlar məktəbə həsrət qalıblar.

Hazırda ailənin övladları – 17 yaşlı Yılmaz Həsənov, 14 yaşlı Həsən Həsənov, 11 yaşlı İbrahim Abdullayev və 10 yaşlı Musa Həsənov valideynlərinə kömək edirlər.

Ailənin böyük övladları fasilələrlə bir neçə il məktəbə getsələr də, 10 yaşlı Musa heç vaxt parta arxasında əyləşməyib.

Qardaşların heç biri oxuyub-yazma bacarığına yiyələnə bilməyib.

Ailə bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir. (Mənbə: Teleqraf)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də