Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu şəxslərə maaşının 3 qatı qədər müavinət ödəniləcək

Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə ortaaylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.

Hüquqşünas Sahib Məmmədov sözügedən müavinətin əvvəllər də olduğunu deyib.

Lakin indiyədək bu məbləğ əmək haqqının azı 2 misli qədər idi.

Qeyd edək ki, Əmək Məcəlləsinə görə, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Bu şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bənzər vəzifəyə qayıtmaq hüququna malikdirlər. /Baku TV


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də