Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakının təmizliyinə 23 milyon manat ayrıldı

Bakının təmizliyinə 23 milyon manat ayrıldı

Paytaxtın mənzil-kommunal infrastrukturunun yenilənməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə iri həcmli investisiya layihəsinə start verilir.

 "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti kommunal xidmətlərin təmin edilməsi üçün müxtəlif növ malların satın alınması məqsədilə açıq tender elan edib.

Tenderin qiyməti 23.863.427,72 azn müəyyən edilib.

Satınalma çərçivəsində əsasən paytaxtın təmizlik və sanitariya vəziyyətinin yaxşılaşdırılması üçün zəruri olan tullantı qabları və əlaqəli digər malların alınması nəzərdə tutulur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də