Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həkim koronavirus xəstələrini ÖLDÜRDÜ

İtaliyanın şimalında yerləşən Breşia şəhərində dəhşətli hadisə yaşanıb.
RegionTV.info
"Axşam.az"-a istinadən bildirir ki, "Montichiari" adlı xəstəxanada çalışan həkim Karlo Moska iki Covid-19 xəstəsini bilərəkdən öldürüb. O, bunu reanimasiya şöbəsində digər koronavirus xəstələrinə yer olmadığı üçün edib.
Həkim 61 yaşlı Natale Bassi və 80 yaşlı Ancelo Palettiyə artıq dozada anesteziya dərmanı verib. Nəticədə hər iki xəstə dünyasını dəyişib. Onun cinayəti "WhatsApp"da iş yoldaşına yazdığı mesajla ifşa olunub.
Qəsdən adam öldürməkdə ittiham olunan Karlo Moska vəzifəsindən uzaqlaşdırılaraq həbs edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də