Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Liverpul"un "Qarabağ" üçün ayırdığı biletlər tükənib

"Liverpul"un "Qarabağ" üçün ayırdığı biletlər tükənib

İngiltərənin "Liverpul" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyunu üçün "Qarabağ"a ayırdığı biletlər tükənib.

Bu barədə Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Səfərdə baş tutacaq qarşılaşmada "köhlən atlar"ı təxminən 1250 azarkeş dəstəkləyəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu gün, saat 15:00-da İngiltərəyə yollanacaq.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.("Report")


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də