Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 15 qız QAÇIRILIB

Azərbaycanda 15 qız QAÇIRILIB

Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.


Bu barədə Daxili İşlər Nazirliyində keçirilmiş 2025-ci ilin yekunlarına dair Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2025-ci ildə 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb. 

Qız qaçırma - razılığı olmadan bir qadının zorla evliliyə məcbur edilməsi - qanun qarşısında cinayət hesab olunur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, qız qaçırma insan oğurluğu hesab olunur. Qız qaçırma da daxil olmaqla belə hallara görə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulub. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də