Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məsud Pezeşkiana sui-qəsd ola bilər

Məsud Pezeşkiana sui-qəsd ola bilər

"Mafiyanın Prezident Məsud Pezeşkianı öldürməsi ehtimalı var".

Bunu "Həmşəhri TV" efirində bir iqtisadi ekspert iddia edib.

Onun sözlərinə görə, mafiya güzəştli valyuta satışının ləğvindən sonra İran Prezidentin öldürülməsi fikrinə düşə bilər. Çünki dövlətin öz ehtiyatlarından aşağı qiymətə satdığı xarici valyuta hesabına kriminal qurumlar qanunsuz qazanc əldə edirlər.

"Mən Prezidentə görə çox narahatam. Onlar gəlirlərinin itirlməsi ucbatından Məsud Pezeşkiana qəsd edə bilərlər".

Xatırladaq ki, İslam Respublikasında dövlətin xarici valyuta ehtiyatları xüsusi ixrac-idxal əməliyyatları üçün 42000 tümən qiymətinə satılır. Sərbəst "exchange"də isə 1 ABŞ dolları üçün son qiymət təxminən 130 min tüməndir. ("Yeni Sabah")


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də