Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı ümumşəhər tədbiri keçirilib FOTOLAR

 Gəncə şəhər Şəhidlər Xiyabanında 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr edilən anım mərasimi təşkil olunub.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncədə səfərdə olan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oğlu, iş adamı Nəcməddin Bilal Ərdoğan, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birlik nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər.

Anım mərasimi hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Daha sonra aparıcı tərəfindən 20 Yanvar faciəsi ilə bağlı məlumat verilib.

Mərasimdə Hacı Tahir Abbasov şəhidlərin ruhuna dualar oxuyub, Bilal Ərdoğana Qurani-Kərim kitabını hədiyyə edib.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələri tərəfindən Azərbaycanda törədilmiş qanlı faciədən 36 il keçməsinə baxmayaraq, xalqımız həmin hadisənin ağır nəticələrini bu gün də dərin hüznlə xatırlayır. Rəsmi məlumatlara görə, həmin gecə Bakıda törədilən qırğın nəticəsində 147 nəfər öldürüldü, 744 nəfər yaraladı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak məhv edildi.  Faciəyə ilk siyasi və hüquqi qiymət verən şəxs Ümummilli Lider Heydər Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək bu qanlı hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd olan ağır cinayət kimi qiymətləndirdi.  Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə Azərbaycan Respublikası Milli Məclisi səviyyəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 2020-ci ildə ərazi bütövlüyümüzün bərpası, 2023-cü ildə suverenliyimizin tam təmin olunması 20 Yanvar şəhidlərinin də ruhunu şad edən tarixi qələbələrdir.

Bu faciə Azərbaycan xalqının iradəsini sındıra bilmədi, əksinə, azadlıq və müstəqillik əzmini daha da gücləndirdi. Xalqımız şəhidlərini qalib, bütöv və suveren Azərbaycanın vətəndaşları kimi dərin ehtiramla yad edir.

Gəncədə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı ümumşəhər tədbiri keçirilib

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də