Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var

Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var
Azərbaycanın əksər yerlərində hazırda yağıntılar intensiv və güclüdür.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 17:00-a olan məlumatında bildirilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır.

Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də