Estoniyanın prezidenti Kersti Kaljulaid yeni hökuməti təsdiqləyib.
RegionTV.info "Gent.az"-a istinadən xəbər verir ki, yeni hökumətin baş naziri "Reform" siyasi partiyasının lideri Kaja Kallasdır. Bununla da, ölkə tarixində ilk dəfə bu vəzifəyə qadın təyin edilib. Beləliklə Estoniya həm prezidenti, həm də baş naziri qadın olan ilk ölkə oldu.
Ölkənin hazırkı qadın rəhbəri Kersti Kaljulaid 2016-cı ildə prezident seçilib. Həmin vaxt o da bir ilkə imza atmış, ölkənin ilk qadın prezidenti olaraq tarixə keçmişdi.
Qeyd edək ki, ölkənin əvvəlki baş naziri yanvarın 13-də rüşvət qalmaqalından sonra istefaya göndərilib.
Xəbəri paylaş