Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukraynadan Azərbaycana 132 uşaq gətirilib

Ukraynadan Azərbaycana 132 uşaq gətirilib
2025-ci ildə Ukraynadan Azərbaycana dörd qrup olmaqla 132 uşaq gətirilib.

Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

V.Behbudov vurğulayıb ki, uşaqlar Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunublar:

"Artıq dörd ildir ki, icra olunan layihə çərçivəsində Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların sosial-psixoloji reabilitasiyasını da həyata keçiririk. Onlar üçün ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyalar təşkil edilib. 2022-ci ildən bu günədək 360 ukraynalı uşaq Azərbaycanda reabilitasiya xidmətlərindən yararlanıb".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də