Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ötən il 694 mindən çox cərrahi əməliyyat icra olunub - RƏSMİ

Ötən il 694 mindən çox cərrahi əməliyyat icra olunub - RƏSMİ

2025-ci il ərzində TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin 9 elmi tədqiqat institut və mərkəzində, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki)  694 mindən çox cərrahi əməliyyat icra olunub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, əməliyyatların 9000-ə yaxınını açıq ürək əməliyyatları, 136-sını koxlear implantasiya, 212-sini beyin anevrizması, 181-ni orqan transplantasiyası, 96-sını isə atroskopik əməliyyatlar təşkil edib.

Bundan əlavə, orqan transplantasiyasının 103-ü böyrək, 58-i qaraciyər, 20-si isə sümük iliyi transplantasiyasının payına düşür.

Qeyd edilib ki, göz buynuzu qişasının transplantasiyası isə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də