Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsrailə məxsus helikopter qəzaya düşdü

İsrailə məxsus helikopter qəzaya düşdü

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) helikopteri daşınma zamanı havada kanatın qırılması səbəbindən qəzaya düşüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat xidməti məlumat yayıb.

Bunun çoxməqsədli “Yanşuf” helikopteri (“UH-60 Black Hawk” helikopterlərinin İsrail modifikasiyası - red.) olduğu bildirilir.

Qeyd olunub ki, helikopter yanvarın 13-ü hava şəraiti səbəbindən açıq əraziyə məcburi eniş edib. Sonradan HHQ nasaz uçuş aparatını təxliyə etməyə çalışıb. Onu başqa bir helikopterə bağlayıblar, lakin daşınma zamanı kanat qırılıb. Nəticədə “Yanşuf” helikopteri yerə düşərək qəzaya uğrayıb.

Məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisəni araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də