Tərəqqipərvər media orqanı olan “igia.az” informasiya agentliyi ölkəmizdə həyata keçirilən tərəqqiyönlü islahatlara informasiya dəstəyi verməklə yanaşı, həmçinin qanunsuzluğun bütün növ təzahürlərinə qarşı mübarizə müstəvisində də hüquq-mühafizə, cinayət təqibi və ədliyyə orqanlarına etibarlı tərəf müqabili kimi çıxış edir. Təsüdüfi deyildir ki, saytımızın oxucuları rastlaşdıqları neqativ halların, hüquqpozmaların profilaktikası, problemlərinin ictimailəşdirilməsi üçün də redaksiyamıza üz tuturlar. Təqdirəlayiq haldır ki, çox vaxt həmin vətəndaşlar problemlərinin həllinə nail olur, yenidən redaksiyamıza müraciət edərək, hüquq-mühafizə orqanlarına ünvanladıqları minnətdarlıq nidalarının dərc edilməsini xahiş edirlər.
Göygöl rayonunun Üçtəpə kənd sakini 1977-ci il təvəllüdlü Bayramov Rövşən Cəmil oğlu Yeni Qızılca sahəsində yerləşən fermada heyvan saxlamaqla məşğuldur. 08.01.2026-cı il axşam saat 19:00-dan ertəsi gün səhər saat 05:00-a qədər oradan 8 (səkkiz) baş xırdabuynuzlu heyvan oğurlanıb. R.Bayramov həmin səhər fermaya gələndə yenicə düşmüş avtomobil təkərinin izlərinə rast gəlib. Hadisə barədə gecikmədən DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat verib. Bundan sonra hadisə yerinə Göygöl rayon Polis Şöbəsinin əməliyyat qrupu gəlib. Polisin fakt üzrə isti izlərlə apardığı araşdırma nətisində R.Bayramovun heyvanları tapılıb, oğurluqda şübhəli bilinən şəxs (və ya şəxslərdən biri) müəyyən edilərək, istintaqa cəlb olunub.
Vətəndaş R.Bayramov saytımızın tribunasından istifadə etmək fürsətindən yararlanaraq, insan, vətəndaş, sahibkar hüquqlarının qorunması sahəsində göstərdikləri xidmətə görə başda çox hörmətli cənab nazir Vilayət Eyvazov olmaqla, Göygöl Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Şəmşir Kazımova, rəis müavini polis polkovnik-leytenanıtı Samir Rüstəmova dərin minnətdarlığını bildirir və Azərbaycan Polisinin bütün şəxsi heyətini yeni 2026-cı il münasibətilə təbrik edir.
Xatırladaq ki, vətəndaş R.Bayramovun müraciətində ehtiva olunan məsələ, Göygöl rayonunda baş verən, saytımızın diqqət mərkəzində saxladığı və sonluğu Göygöl polisinin ünvanına alqış nidaları ilə bitən ilk və yeganə fakt deyildir. Sadiq oxucularımız xatırlayarlar, Göygöl rayonunun Yeni Zod kənd sakini Hacıyev Nemət Yusib oğlunun da 26.07.2025-ci il tarixdə ona məxsus 5 baş iribuynuzlu mal-qara Çaykənd ərazisində itdiyini bildirmişdi. O vaxt vətəndaş N.Hacıyev itmiş mallarının tapılması üçün tələsirdi və özünün hesabınca hüquq-mühafizə və cinayət təqibi orqanlarının hərəkətlərinin ləngiməsindən narahat idi. Lakin çox keçmədən Göygöl RPİ-nin əməkdaşları fakt üzrə operativ araşdırma apararaq, N.Hacıyevin mallarının tapılmasını təmin etdilər və oğurluqda təqsirli bilinən şəxsi məsuliyyətə cəlb etdilər.
Tərəqqipərvər media qurumu olan “Hedeftv.az” informasiya portalı ilk baxışda qeyri-adi hadisə kimi görünməyən oğurluq faklarını sensasiya kimi qələmə verməkdə maraqlı deyil və bununla oxucu auditoriyasının genişlənəcəyi perspektivi görmür. Ancaq vəzifələrinin öhdəsindən layiqincə gələn polis işçilərinin xidmətini təqdir etməyi vacib bilirik. Çünki əmək haqqı, vəzifə maaşı maddi stimuldursa, ictimai təqdir də heç də az əhəmiyyətə malik olmayan mənəvi stimuldur.
Şahin Orucov
Xəbəri paylaş


