Azərbaycanda şirkətlərə qarşı dələduzluq etməkdə ittiham olunan Nurlanə Kərimova və Elşən Qələndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
RegionTV.info-nun "Demokrat.az"-a istinadən əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunmayıb.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 178.3-2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunur.
Onlar “Foodini” MMC və “Bizim Market” MMC-yə məxsus külli miqdarda pulu ələ keçiriblər.
Xatırladaq ki, “Foodini” MMC xaricdən Azərbaycana idxal olunan kərə yağına nəzarət edir.
Xəbəri paylaş