Dağlıq Qarabağda atəşkəs bütün təmas xəttində müşahidə olunur, Laçın dəhlizi ilə hərəkət təhlükəsizdir.
RegionTV.info-nun "Publika.az"-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verir.
Bildirilir ki, 27 müşahidə məntəqəsindəki Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları atəşkəsə riayət olunmasına nəzarət və monitorinq tapşırıqlarını yerinə yetirməyə davam edir. Sülhməramlılar mülki nəqliyyat vasitələrinin təhlükəsizliyi və sakinlərin Laçın dəhlizindən keçməsi, ərzaq məhsullarının daşınmasını müşahidə edir.
Müşahidə məntəqələrinə mümkün hücum olduğu təqdirdə Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin şəxsi heyəti nizamlı olaraq pozuntuların qarşısını almaq üçün döyüş hazırlığı və təlimlər həyata keçirir.
Xəbəri paylaş