
Digər klublardan həm yerli, həm də əcnəbi futbolçularımıza maraq var.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, ən çox maraq yerli futbolçularadır: “Menecerlər tez-tez əlaqə saxlayırlar. Konkret kimin gedəcəyi və ya qalacağı bəlli deyil. Bu, Marko Yankoviçə də aiddir. Bütün mövqelər üçün oyunçu axtarırıq”.


